Berlində Ukraynanın yeni prezidenti Vladimri Zelenski ilə Almaniya kansleri Angela Merkel görüşüb.

Unikal.org xəbər verir ki, qırmızı xalıda Merkel halı pisləşib. 

Belə ki, hər iki ölkənin himni səsləndirilən zaman Merkel titrəməyə başlayıb. Kansler bunu dayandırmaq üçün əllərini müxtəlif formada saxlamağa çalışıb.  Merkelin qəribə davranışlarına televiziya kanallarının diqqətini çəkib. Zelenski isə heç nə olmamış kimi qırmızı xalıda dayanmağa davam edib. Ehtimal olunur ki, kansleri gün vurub. 

Daha sonra Merkel mətbuat konfransında “3 stəkan su içmişdim, amma bu, mənə bəs etmədi. İndi yaxşıyam” deyib.