ABŞ-ın şəqrindəki Virciniya ştatında baş vermiş qəzada 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər ştatın şimal-şərq ərazisində baş verib. İçində 16 sərnişinin olduğu mikroavtobus yoldan çıxaraq aşıb və sonra avtomobilə çırpılıb. Polisin məlumatına görə, mikroavtobus bir neçə dəfə aşıb.
Nəticədə aralarında bir qadın və yeniyetmənin də olduğu 6 sərnişin ölüb. Mikroavtobusun sürücüsü və 9 sərnişin isə ağır vəziyyətdə xəsətxanaya çatdırılıb. Avtomobilin sürücüsü heç bir xəsarət almayıb.