Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi iyunun 29-da ölkənin şimal bölgəsində vətəndaşları qəbul edəcək. 

Unikal.org bu barədə Komitəyə istinadən xəbər verir. 

Məlumata görə, həmin gün saat 10:00-da Komitənin sədri Kərəm Həsənov Şabran şəhərində, onun müavini Rafiq Cəlilov Xızı şəhərində, digər müavini Rüstəm Şahbazov isə Siyəzən şəhərində vətəndaşlarla görüşəcəklər. Qəbullar hər 3 şəhərdə yerləşən Heydər Əliyev Mərkəzlərində keçiriləcək.

Qəbul Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə baş tutacaq. Vətəndaşlar qurumun fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan və digər məsələlərlə bağlı müraciət edə bilərlər. 

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq Komitənin [email protected] elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), Əlaqədar şəxs: Samir Salıfov (050) 800-50-65;

Komitənin Xaçmaz ərazi şöbəsi: (023) 325-39-72, 325-33-55;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Şabran rayon şöbəsi: (023) 325-00-18, 353-24-63;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsi: (018) 652-01-71;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xızı rayon şöbəsi: (023) 315-05-76;

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Siyəzən rayon şöbəsi: (023) 304-27-15;