Azərbaycanın kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanov baş məşqçi təyin olunub.  

Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddət əvvəl kikboks üzrə qadınlardan ibarət milli komandanın baş məşqçi postundan istefa verən idmançının yeni iş yeri Kunq-Fu Federasiyasıdır.

A.Süleymanov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib.O, bildirib ki, bundan sonra qadınlardan ibarət kunq-fu millisinin baş məşqçisi kimi fəaliyyət göstərəcək. 
Qeyd edək ki, A.Süleymanov budo döyüş növü üzrə üçqat dünya çempionu, Dünya Kubokunun qalibidir.  O budo üzrə idman ustasıdır. Universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionudur.