24 İyul 2019
23 İyul 2019
Ruslan Sabirli Google şirkəti tərəfindən rəsmi tanındı 
Ruslan Sabirli Google şirkəti tərəfindən rəsmi tanındı  CƏMİYYƏT 15:56 2019-06-19

Azərbaycanın ilk mentalisti, tanınmış kinoaktyor, Buktreyler Festivalının təsisçisi və direktoru Ruslan Sabirli Azərbaycanlı aktyor olaraq Google axtarış sistemi tərəfindən rəsmi olaraq tanınmış simalar bazasına salınıb.

Ruslan Sabirli Unikal.org-a bu barədə açıqlama verərək bildirib:

“Sözün açığı bu xəbər mənim üçün də sürpriz oldu. Çünki, bu barədə Google şirkətinə heç bir müraciət edilməmişdi və Google şirkəti buna müraciətlər əsasında deyil, özü müxtəlif meyarlara görə fərqli mənbələrdən məlumatları toplamaqla qərar verir. Ona görə də tanınmışların belə bir dünyəvi siyahısında adımın olması sevindirici bir xəbər oldu. 

Adımın Google axtarış sistemində görkəmli sənətkarlarımızla, Xalq artistləri ilə yanaşı yer alması üçün də təbii ki, sevincliyəm. Artıq istifadəçilər Google-da ad və soyadımı yazmaqla axtarış etdikləri zaman rəsmi sosial şəbəkə hesablarımı da əldə etmiş olacaqlar.”

Qeyd edək ki, Google biliklər paneli (Google knowledge panel) axtarış zamanı istifadəçilərin axtarılan tanınmış insan haqqında tez bir zamanda qısa və əsas məlumatları təqdim etmək məqsədilə yaradılan məlumat bölməsidir. Bu bölmədə göstərilən məlumatlar yalnız Google tanınmış simalar bazasına daxil olan insanlara aid olur. Bura Azərbaycanlı aktyorlardan Xalq artistləri Yaşar Nuri, Fuad Poladov, Rasim Balayev, Fəxrəddin Manafov və s. kimi sənətkarların adları da daxildir.
 


  • Ruslan Sabirli Google şirkəti tərəfindən rəsmi tanındı