Almaniyanın Düsseldorf  hava limanında Eurowings şirkətinə məxsus təyyarə 90 sərnişini göyərtəsinə götürməyi "yaddan çıxararaq" havaya qalxıb.
Unikal.org xarici mediaya istinadən bildirir ki, Drezdenə uçan təyyarənin  sərnişinləri iki avtobus gətirib. Birinci avtobusdakı 40 sərnişin təyyarəyə minərək Drezdenə gedib
Məlumatda qeyd edilir ki, təyyarəyə minə bilməyən ikinci avtobusdakı sərnişinləri sakitləşdirmək və hava limanının əməkdaşlarını onların qəzəbindən qorumaq üçün əraziyə 10 polis əməkdaşı çağırılıb.