24 İyul 2019
23 İyul 2019
Xırdalanda qəzada ölən qadının şəxsiyyəti müəyyənləşdi - Foto
Xırdalanda qəzada ölən qadının şəxsiyyəti müəyyənləşdi -Foto HADİSƏ 19:38 2019-06-19

Beş gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları tapılıb.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, ölən qadının yaxınları Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə müraciət ediblər. Ölən şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi sakini, 2003-cü il təvəllüdlü Vəliyeva Nuray Ruhlan qızı olduğu məlum olub. 

Mərhumun meyiti yaxınlarına təhvil verilib.

Qeyd edək ki, yol qəzasında ölən N.Vəliyevanın meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq onun yaxınları tapılmamışdı.


  • Xırdalanda qəzada ölən qadının şəxsiyyəti müəyyənləşdi -Foto