Bakının Sabunçu rayonunda, Bilgəh sanatoriyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Əhmədova Radiyyə Niftalı qızını "Azsamand" markalı avtomaşın vurub.

Ağır xəsarət alan piyada dərhal təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.