Mingəçevirdə yanğın qeydə alınıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 57 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.