Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar Xancanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini istəyir. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirirlən prosesdə İ.Xancanovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası iyulun 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xancanov ömürlük azadlıqdan məhrum edilib.