16 İyul 2019
15 İyul 2019
Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı ( FOTO+VİDEO)
Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı( FOTO+VİDEO) DÜNYA 12:11 2019-06-20

Türkiyə Hava Qoşunlarının sabiq komandanı, Yüksək Əsgəri Şuranın üzvü general Akın Öztürkün cəzası bəlli olub. 

Unikal.org Türkiyə mətbuatına istinadın xəbər verir ki, Akın Öztürk 141 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Ondan əlavə 16 şübhəli şxəs üçün d həmin cəza tətbiq edilib. 

Qeyd edək ki, Keçmiş Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Akın Öztürk Türkiyədə dövlət çevrilişini planlamaqda ittiham olunur. Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk hərbi çevrilişdə iştirak edən ən yüksək rütbəli şəxsdir.  İstanbul və Ankarada məlum hadisələr yaşanan gecə Hərbi hava Qüvvələrinin yüksək rütbəli hərbçiləri general-polkovnik Mehmet Şanverin qızının toyuna dəvətli olub. Məlumata görə, həmin toyda nikah şahidlərindən biri olan Öztürk daha sonra toya getməkdən imtina edib. Keçmiş komandanla bağlı maraqlı məqamlardan biri isə onun tətili yarımçıq qoyub çevrilişdə iştirak etməsi olub. Belə ki, 24 iyula qədər icazəli olan və İzmirdə dincələn A.Öztürk istirahətini yarımçıq qoyub və 15 iyulda İzmirdən Ankaraya gedərək qiyamçılara qoşulub. 

General Akın Öztürkün adı isə hərbi çevrilişin uğurla başa çatacağı təqdirdə ölkədə müvəqqəti hakimiyyət rolunu oynayacaq “Yurdda Sülh Şurası”nın üzvlərinin siyahısında yer almışdı.  
İstintaq materiallarına əsasən hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb. 


  • Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı( FOTO+VİDEO)
  • Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı( FOTO+VİDEO)
  • Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı( FOTO+VİDEO)
  • Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı( FOTO+VİDEO)
  • Çevrilişə cəhd edən generalların cəzası ağırlaşdırıldı( FOTO+VİDEO)