Gəncədə piyadanı avtomobil vurub.
Unikal.org-un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində baş verib. 
Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmurad Lətifi yolu keçmək istəyərkən onu avtomobil vuraraq hadisə yerindən qaçıb. Yaralı E.Lətifi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 
Onun vəziyyətinin orta ağır olduğu bildirilir. 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.