Paytaxtın Nəsimi rayonunda ağır xəsarətlərlə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon sakini, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızı boşanma ərəfəsində olduğu həyat yoldaşı ilə mübahisə edib. Üz və kürək nayihəsindən müxtəlif bıçaq xəsarətləri alan G.Əliyeva xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. 

Hadisəni törədən ər azyaşlı övladını da götürərək qaçıb.

Faktla bağlı araşdırma aparılır.