Ağdamda qəbiristanlıqda yanğın başlayıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, ermənilər işğal altındakı Baş Qərvənd kəndində törətdiyi yanğın neytral ərazini keçərək təmas xəttində yerləşən Qərvənd kənd məzarlığının yanmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Ərazi düşmənin müşahidəsi altında olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb.