Xəbər verdiyimiz kimi, iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları keçiriləcək. 

II Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı açıqlanıb. 

Milli Olimpiya Komitəsindən Unikal.org-a verilən məlumata görə, bayraqdarımız cüdoçu Rüstəm Orucovdur.  

Qeyd edək ki, II Avropa Oyunlarından 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Azərbaycan Oyunlarda 82 idmançı ilə təmsil olunacaq.