Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, Ağstafa rayon sakini, 27 yaşlı Əli Rəhimov idarə etdiyi motosketlə hərəkətdə olarkən idarə etməni itirib, nəticədə aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirlib. Onun vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılr.