Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Buzovna qəsəbəsi, Nazim Axundov küçəsində 1977-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızının bədəninə çox saylı bıçaq zərbəsi vurulub.
O, ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.