Mingəçevir şəhərində qadın tut ağacından yıxılaraq ağır xəsarət alıb

Unikal.org APA-nya istinadən xəbər verir ki, hadisə “heyvan bazarı”  yaxınlığındakı fərdi təsərrüfatlardan birində baş verib.

Belə ki, xar tut yığmaq üçün hündür ağaca çıxan ortayaşlı şəhər sakini Muradova Ətayə Bahadur qızı müvazinətini itirərək yerə yıxılıb. Çoxsaylı bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.