Yaponiya quru qoşunlarına məxsus çoxhədəfli "UH-1" vertolyotu cümə günü Tokionun qərbində yerləşən Tatikava prefekturasının aerodromuna eniş edən zaman qəzaya uğrayıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, helikopterin göyərtəsində iki nəfər olub və onlardan heç kim xəsarət almayıb.

NHK telekanalının məlumatına görə, yerə çırpılan zaman vertolyotun quyruq hissəsi qoparaq kənara düşüb.