Xəbər verdiyimiz kimi, bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunları start götürəcək. Artıq boks yarışlarının püşkü atılıb.

Unikal.org xəbər verir ki, bu gün başlayacaq turnirdə Azərbaycan idmançıları da rəqiblərin tanıyıb.

11 boksçumuzdan 8-i 1/16, 3-ü isə 1/8 finaldan mübarizə aparacaq. London Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayorun ilk rəqibi isə ermənidir. O, ilk görüşdə Qurgen Madoyanla qarşılaşacaq.  Saat 15:00-da boksçuların yarışı start götürəcək. 

Kişilər

21 iyun, 1/16 final

-56 kq. Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)

-91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)

+91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)

22 iyun, 1/16 final

-60 kq. Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)

-69 kq. Lorenso Sotomayor – Qurgen Madoyan (Ermənistan)

-75 kq. Kamran Şahsuvarlı – Georgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi

-81 kq. Alfonso Dominges – Stepan Qrekul (Ukrayna)

23 iyun, 1/16 final

-64 kq. Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Niderland)

1/8 final

-49 kq. Rüfət Hüseynov – David Alaverdian (İsrail)

24 iyun, 1/8 final

-52 kq. Məsud Yusifzadə – Dmitri Zamotayev (Ukrayna)

Qadınlar

24 iyun, 1/8 final

-69 kq. Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)