İspaniya millisinin sabiq üzvü Raul Qonzales keçmiş klubu "Real"a qayıdıb.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu Madrid təmsilçisində məşqçi kimi çalışacaq. O, "Real"ın B komandasına baş məşqçi təyin edilib.

Qeyd edək ki, Raul 1994-2010-cu illərdə "Real"da çıxış edib. O, "kral klubu"nda 550 oyuna 228 qol vurub.