Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə II Avropa Oyunlarında içtirak edən idmançılarla görüşüb.

Unikal.org-un xəbərinə görə, o görüş zamanı bildirib ki, II Avropa Oyunlarının açılış mərasimi Belarus tərəfindən çox gözəl və sevgi ilə təşkil olunub:

“II Avropa Oyunlarının açılış mərasimi möcüzəvi şəkildə keçdi. Tədbir, təxminən, 3 saat sürdü. Ancaq elə bir hiss var ki, sanki bir nəfəsə oldu. Proqramda Belarusun tarixi əks olunmuşdu. Fikrimcə, açılışa baxanlar bu ölkəyə daha da vuruldular”. 

L.Əliyeva idmançılara mötəbər yarışda uğurlar arzulayıb.