"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan və Ermənistan samboçuları arasında görüş keçirilib.

Unikal.org xəbər verir ki, 57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Mehman Xəlilov və Maksim Manukyan üz-üzə gəlib.

Görüşün əvvəlində Xəlilov rəqibindən bir xal qazanıb. Üstəlik, Manukyan xəbərdarlıq alıb. Lakin sonradan rəqib samboçu da bir xal alaraq, hesabı bərabərləşdirib.

Bununla belə, Xəlilov 2 xallıq fəndlə yenidən önə çıxıb - 3:1. Yekunda isə 9:1 hesabı ilə qalib gələn Xəlilov bürünc medala yiyələnib.