16 İyul 2019
15 İyul 2019
İran BƏƏ-yə nota verdi
İran BƏƏ-yə nota verdi DÜNYA 19:33 2019-06-22

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb.

Unikal.org xəbər verir ki, buna səbəb ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsinin BƏƏ-dəki hərbi bazadan İran hava məkanını pozması olub.

Bildirilir ki, BƏƏ-dəki hərbi bazadan qalxan pilotsuz uçuş aparatı İran hava məkanına daxil olub və İran tərəfi həmin təyyarəni vurub.

Qeyd edək ki, pilotsuz təyyarə ABŞ-a məxsus olub.

İran XİN-ə çağırılan müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib.