Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.

Yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Masallı rayon sakini Dadaşova Maarifə Əmrəli qızını minik avtomobili vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.