25 Avqust 2019
24 Avqust 2019
Cüdoçularımız günü 1 gümüş və 1 bürünc medalla başa vurdular
Cüdoçularımız günü 1 gümüş və 1 bürünc medalla başa vurdular İDMAN 19:07 2019-06-23

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan yığması daha iki medal qazanıb.

Unikal.org xəbər verir ki, hər iki mükafat kişi cüdoçuların 73 kq çəki dərəcəsində əldə olunub.

Azərbaycan millisinin açılış mərasimindəki bayraqdarı Rüstəm Orucov finalda isveçli Tommi Maçias ilə üz-üzə gəlib.

Tatamidən məğlubiyyətlə ayrılan Rio-2016-nın finalçısı həm Avropa Oyunlarının, həm də Avropa çempionatının gümüş medalını qazanıb.

Digər idmançımız Hidayət Heydərov 3-cü yer uğrunda qarşılaşmada Laşa Şavdatuaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. 51-ci saniyədə ipponla qalib gələn təmsilçimiz bürünc mükafatçı olub.

Qeyd edək ki, Azərbaycan yığmasının Minsk-2019-dakı medallarının sayı 6-ya çatıb.