Sumqayıt şəhərində yerləşən tanınmış ticarət mərkəzində yanğın baş verib.

Unikal.org xəbər verir ki,  şəhərin Sülh prospektində yerləşən "Maxx” ticarət mərkəzinin anbarında yanğın başlayıb və 60 kvadratmetr ərazidə geyim əşyaları yanıb. Əraziyə dərhal 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.