Neftçalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Nefçala şəhərində qeydə alınıb.

Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.