Mingəçevirdə oğul ananı bıçaqlayıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 10/ 1 ünvanında baş verib.

İlkin məlumata əsasən, ailə münaqişəsi zəminində  həmin  ünvanda yaşayan oğul 1976-cı təvəllüdlü anası Mustafayeva Vüsalə İman qızını  bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.