22 İyul 2019
21 İyul 2019
Sevgilisinə od vurdu, çılpaq halda yola atdı - FOTO (VİDEO)
Sevgilisinə od vurdu, çılpaq halda yola atdı- FOTO (VİDEO) DÜNYA 10:56 2019-06-24

Bursada avtomobildə mübahisə etdiyi 35 yaşlı sevgilisi Şengül Vatanseverin üzərinə benzin töküb atəşə verərək öldürdüyü iddiasıyla həbs olunan 30 yaşlı Ümid Varolun məhkəməsi davam edib.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir kii, məhkəmə heyəti şübhəli Ümid Varol ilə Şengül Vətənpərvər arasındakı telefon danışıqlarını, mesajların  araşdırılmasına qərar verib. 

Olay ötən il sentyabr ayında baş verib. Kütahya Domaniçdən Bursaya gələn Ümid Varol bir müddətdir sevgili olduğu Şengül Vatansever ondan ayrılmaq istədiyi üçün avtomobildə üzərinə benzin töküb yandırıb. Əsəbi soyumayan Ü.Varol sonra sevgilsiini çılpaq halda yola atıb. Bu zaman Varol özü də yanıq xəsarətləri alıb, yaralanıb. O daha sonra avtomobili ilə həmin ərazidən qaçıb. Dəhşət dolu anlar ətrafdakı kameralarında əks olunub.  

Şengül Vatansever və hadisədən qısa müddət sonra saxlanılan Ümit Varol xəstəxanaya aparılıb. İstanbula gətirilən Vatansever 2 gün sonra dünyasını dəyişib. Ümit Varol isə müalicə aldıqdan sonra həbsxanaya göndərilib. 

Ümit Varol ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə Bursada məhkəmə qarşısına çıxarılıb. Məhkəmədə günahsız olduğunu sevgilisini bilərək öldürmədiyini, özünü öldürmək istədiyini deyib. Onun məhkəməsi növbəti tarixə qədər təxirə salınıb. 

 

 

 

 


  • Sevgilisinə od vurdu, çılpaq halda yola atdı- FOTO (VİDEO)
  • Sevgilisinə od vurdu, çılpaq halda yola atdı- FOTO (VİDEO)
  • Sevgilisinə od vurdu, çılpaq halda yola atdı- FOTO (VİDEO)