Bakıda qadına qarşı cinayət törədilib.

Unika.org APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon sakini Səkinə İsmayılova rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, iyunun 22-də saat 22 radələrində yaşadığı mənzilə gedərkən blokda tanımadığı şəxs onun əlindən pul kisəsini alaraq qaçıb.

Pul kisəsinin içində qadına məxsus 35 manat və mobil telefon olub.

Faktla bağlı araşdırma aparılır.