Azərbaycan cüdoçusu Uşanqi Kokauri “Minsk 2019” II Avropa Oyunlarında bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Gürcüstanlı legionerimiz Uşanqi Kokauri sloveniyalı və hollandiyalı rəqiblərini məğlub edib.

Unikal.org  xəbər verir ki, ən ağır çəkidə (+100 kq) mübarizə aparan idmançımız finala gedən yolda rusiyalı İnal Tasoyevə uduzub. O, bürünc medal uğrunda avstriyalı Ştefan Xedyi ilə qarşılaşacaq. 

Qadın cüdoçu İrina Kindzerska (+78 kq) yarımfinalda belaruslu Marina Slutskaya ilə bacarmayıb. O, ukraynalı Qalyana Tarasova ilə üz-üzə gələcək.

Digər idmançılara gəlincə, Elmar Qasımov (100 kq) təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi məğlub edib və bürünc medal uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçə rəqib olub.

Məmmədəli Mehdiyev (90 kq) də bürünc medal uğrunda görüşə çıxacaq. O, təsəlliverici qarşılaşmada isveçrəli Siril Qrossklausu məyus edib.

***14:12

II Avropa Oyunlarında cüdoçularımızın növbəti mübarizəsi başlayıb.

Unikal.org xəbər verir ki, günə vazari xalı ilə 1/16 finalda rəqibi ukraynalı Anton Savitkiyə qalib gəlməklə başlayan 100 kq-da Elmar Qasımov növbəti mərhəəni gözləyir. 

90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev  1/16 finalda  yerli idmançı Yahor Varapayevi cərimə xalları ilə məğlub etdikdən sonra 1/8 finalda Aurilyena Disse (Fransa) üzərində qələbəni bayram edib.

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Toma Nikiforov (Belçika) olub. Z.Kostoyev 1/8 finalda uduzaraq mübarizəni  dayandırıb. 

Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda almaniyalı Jasmin Kuelbs üzərində qələbə qazanaraq 1/4 finala adlayıb. 

Ən ağır çəkidə mübarizə aparan Uşanqi Kokauri (100+) isə  1/8 finalda  Vito Draqiç (Sloveniya) üzərində qələbə qazanıb.