Son 23 gün ərzində 5 nəfəri gürzə ilanı sancıb. 

Bu sözləri Unikal.org-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib. 

O vurğulayıb ki, iki nəfər kişi Bakı ətrafı rayonlardan, digər üç kişini Ağcəbədi, Hacıqabul, Qəbələ rayonunda gürzə ilanı sancıb.

Baş toksikoloq vurğulayıb ki, onlar ağır vəziyətdə xəstəxanaya çatırılıb. Müvafiq tibbi yardım göstərildikdən sonra, onların həyatını xilas etmək mümkün olub. 
Bununla belə 1 nəfəri qara qurd, 3 nəfəri əqrəb dişləyib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra, evə buraxılıblar. 

Həyatları üçün hər hansı bir təhlükə olmayıb.