16 İyul 2019
15 İyul 2019
Ağsuda sürünən "Əjdaha" peyda oldu - FOTO
Ağsuda sürünən "Əjdaha" peyda oldu -FOTO HADİSƏ 14:25 2019-06-24

Ağsu rayonunda qorxunc ilan öldürülüb.

Unikal.org trend-ə istinadən məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində, Ağsu dolaylarında baş verib.

Ağsu aşırımında istirahət edən şəxslərdən biri axşam saatlarında dərədən qəribə səs eşidib. Həmin şəxs bunu keçi səsinə oxşadıb və dərəyə enərkən üzləşdiyi mənzərədən dəhşətə gəlib. Dərədə boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvanı görən şəxs yaxınlıqdakı yerləşən kafedən kömək istəyib. Həmin şəxslərin köməyi ilə ilanı zərərsizləşdirmək mümkün olub.
Öldürülən vəhşi sürünənin bədən hissəsi təhlükəli "Qafqaz gürzəsi"nə bənzəyir. Heyvanın kiçik ayaqlarının da olduğu bildirilir.


  • Ağsuda sürünən "Əjdaha" peyda oldu -FOTO