Azərbaycanlı K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırovla "rinq"ə çıxıb.

Unikal.org xəbər verir ki, döyüşçü yaxın dost olduğu R.Kadirovla döyüş fəndləri edərkən lentə alınmış görüntüsünü “instagram” hesabında paylaşıb. Hazırda 2-ci Avropa Oyunlarında fəxri qonaq olan Z.Səmədov görüş haqqında fikirlərini rəy bölümündə yazıb:

“Səninlə hər görüşdən sonra enerji yığıram. Tezliklə “Axmat” klubunun bayrağı altında döyüş hazırlıqlarına başlayacam”.