Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov Ağdaş rayonunda görüşlərini davam etdirir. Növbəti görüş rayonunun Abad kəndinin seçiciləri ilə oldu. 

Unikal.org xəbər verir ki, görşü giriş nitqilə açan Cavid Osmanov son 15 il ərzində ölkdə görülən işlərdən, əldə olunan uğurlardan danışdı. Son illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən söhbət açan millət vəkili bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Görülən işlərin rayonumuzda da insanların gözü önündə baş verdiyini vurğulayan Cavid Osmanov Ağdaş rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə diqqət çəkdi. Millət vəkili bütün bunların cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsinin olmasını görüş iştirakçılarının diqqətinə çatdırdı. Ağdaş rayonunda aqrar sahənin son illər daha da canlandığını və insanların əkin-biçin işlərinə marağının artamsını, eləcə də dövlətin kənd adamlarına, fermerlərə verdiyi güzəştlər də xüsusilə qeyd olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlara toxunan millət vəkili bildirdi ki, dövlət başçımızın siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cavid Osmanov qeyd etdi ki, cənab İlham Əliyev hələ keçən ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra çox geniş islahatlar paketinin həyata keçiriləcəyini, xüsusilə də sosialyönümlü ciddi addımların atılacağını demişdi. 2019-cu ilin fevralında Prezidentin imzaladığı Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırıldı və yaşayış minimumu ilə eyniləşdirildi. İndi isə Prezident İlham Əliyevin yeni Sərəncamı ilə minimum əməkhaqqı 40 faiz artırılaraq 180 manatdan 250 manata qaldırıldı. İl ərzində fevral ayından indiyə kimi iki dəfə minimum əməkhaqqı yüksəlmiş oldu. Bu, çox ciddi nailiyyətdir və Azərbaycanda əhalinin rifahı üçün atılmış böyük addımdır. Eyni zamanda, minimum aylıq əməkhaqqının 250 manata qaldırılması bu tarif cədvəlində qrafalar üzrə maaşların artımını təmin edəcək. Bu artım bütün sahələrdə öz əksini tapacaq.

Xalqımız bu addımları böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu, bir daha onu göstərir ki, Azərbaycandakı əmin-amanlığın, vətəndaş həmrəyliyinin, səfərbər olmuş cəmiyyətin kökündə dayanan fundamental səbəb xalq-hakimiyyət birliyidir, Azərbaycan Prezidentinin məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirməsidir. Bunlar Azərbaycanı gücləndirir. Ölkəmiz yeni-yeni hədəflərə doğru irəliləyir.

Millət vəkili Cavid Osmanov görüşdə həmçinin qeyd etdi ki, müstəqil Azərbaycanın uğurlu inkaişafını gözü götürməyən dairələr vardır ki, onlar da ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmağa çalışırlar. Onlar bu çirkin işlərdə radikal müxalifət nümayəndələri və anti-milli mövqe tutmuş şəxslərdən bir alət olaraq istifadə edirlər. Həmin şəxslər sosial şəbəkələrdə  dövlət, xalq ümumilli mənafelərin əleyhinə çağırışlar edir, insanlarda çaşqınlıq yaratmağa çalışırlar. Bu adamların yanıldığını və Azərbaycanın artıq güclü bir dövlət olduğunu bildirən millət vəkili həmin qüvvələrə tutarlı cavablar verildiyini də  qeyd etdi.

Görüşdə çıxış edən kənd sakinləri Hümmət İsrəfilov, Məmməd İsgəndərov, Fuad Əhmədli, Əzim Əzimov, Mirzə Əzizov, Qalibə Əliyeva, Nazim Xəlilov və Möhlüd Mütəllimov bildirdilər ki, Azərbaycan tarixində olamayan bir inkişaf dövrünü yaşayır və bütün bunlar cənab prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir. Sakinlər sabitlik, əmin-amalıq şəriatində yaşadıqları üçün cənab İlham Əliyevə minnətdar olduqlarını və bundan sonra da onun ətrafında sıx şəkildə birləşəcəklərini bəyan etdilər. 

Sonda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi.