Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Unikal.org  xəbər verir ki, sərəncama əsasən Müdafiə Nazirinin Maddi-Texniki Təminat Üzrə Müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor Məmmədov Fuad Nazir oğluna general-leytenant ali hərbi rütbəsi verilib.

Eyni zamanda, Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid İbrahim oğlu Hüseynova da general-leytenant ali hərbi rütbəsi verilib.