16 İyul 2019
15 İyul 2019
Rövnəq Abdullayev Ukrayna Milli Şurasının üzvü oldu - Zelenskidən FƏRMAN
Rövnəq Abdullayev Ukrayna Milli Şurasının üzvü oldu -Zelenskidən  FƏRMAN SİYASƏT 19:14 2019-06-24

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçilib.

Unikal.org Ukrayna Prezidentinin Adminstrasiyasına istinadən xəbər verir  ki,  Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

Şuraya Ukrayna Prezidentinin özü rəhbərlik edəcək. “Xalqın xidmətçisi” partiyasından deputatlığa namizəd, beynəlxalq “Template Monster” IT şirkətinin həmtəsisçisi David Araxamiya Şuranın katibi təyin edilib.

İnvestisiya Şurasına Prezident Administrasiyası rəhbərinin müavinləri Aleksey Qonçaruk və Vadim Pristayko, Prezidentin köməkçisi Andrey Yermak və müşaviri Oleq Ustenko daxil olublar.

Razılıq əsasında Şuraya Ukrayna və xarici təşkilatların, işgüzar dairələrin nümayəndələri, sərmayələrin cəlb edilməsi, sahibkarlığın inkişafı məsələləri üzrə ekspertlər, iqtisadiyyat və maliyyə sahəsində mütəxəssislər daxildirlər.

Ukrayna Milli İnvestisiya Şurası ölkəyə investisiyaların cəlb edilməsi və investisiya mühitinin yaxşılaşdırılması üçün dövlət siyasətini həyata keçirir. Şura 2016-cı ildə yaradılıb və hazırda Prezident Administrasiyasının nəzdində məsləhətçi orqan kimi fəaliyyət göstərir.