Bakının Ziya Bünyadov prospektində, metronun Koroğlu stansiyasına yaxın hissədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, qəza səbəbindən hazırda Böyük Şor qovşağından 20 yanvar dairəsi istiqamətində tıxac yaranıb.