Qax rayonunun Şotavar kəndində “Mercedes” markalı mikroavtobus yol kənarındakı ağaca çırpılıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, nəticədə mikroavtobusun yanar hissələri və yaxınlıqda 1 ədəd ağac yanıb. 

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.