16 Oktyabr 2019
15 Oktyabr 2019
Azərbaycan boksçusu 1/4 finala yüksəldi "Minsk-2019"
Azərbaycan boksçusu 1/4 finala yüksəldi"Minsk-2019" İDMAN 22:19 2019-06-24

Azərbaycan boksçusu Lorenso Sotomayor "Minsk 2019" II Avropa Oyunlarında 1/4 finala yüksəlib.

Unikal.org xəbər verir ki,  69 kq çəki dərəcəsində yer alan kubalı legioner 1/8 finalda Bosniya və Herseqovina təmsilçisi Adem Ferhadoviçə qalib gəlib - 4:1.

Sotomayor növbəti mərhələdə Patriot Behrami (Kosovo) – Vinçentso Manqiaçapre (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. 1/4 final döyüşü iyunun 26-da baş tutacaq.

Lorenso Sotomayor Avropa Oyunlarında mübarizəni davam etdirən 4-cü boksçudur. Ondan başqa, Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Alfonso Dominges (81 kq) də "Minsk 2019"da məğlubiyyətsiz irəliləyir.