16 Oktyabr 2019
15 Oktyabr 2019
Polislər yola çıxan at ilxısını belə yaxaladı - BAKIDA (Video)
Polislər yola çıxan at ilxısını belə yaxaladı -BAKIDA (Video) HADİSƏ 10:41 2019-06-25

3 gün öncə Pirallahı rayonuna (Pirallahı adası) film çəkilişi üçün gətirilmiş 40 baş cins idman atı tövlənin taxta hasarını uçuraraq gecə saatlarında qəsəbənin yollarına çıxıb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə Ramal Nadir adlı şəxs sosial şəbəkələrdə məlumat paylaşıb. “Atçılıq mütəxəssisi kimi deyə bilərəm ki, bu qədər atın şəhər coğrafiyasında hərəkəti müxtəlif hadisələrə şərait yarada bilər. Mənə bu barədə xəbər gəldi və mən yəhər-yüyəni avtomobilimə qoyub hadisə yerinə tələsdim. Avtomobil yolu ilə aşağı-yuxarı dəlicəsinə çapan atları saxlamaq mümkünsüz kimi görünürdü. Lakin yol patrul xidmətinin və post patrul xidmətinin əməkdaşlarının operativliyinin, məharətinin şahidi oldum. Belə ki, polislər yollarda blokadalar quraraq, yolu avtomobillərdən boşaldaraq və at ilxısını xüsusi taktikayla təqib edərək sonunda atları neytral sahədə mühasirəyə ala biiblər. Köməyə gələn atçılarla birgə atların xüsusi maşınlara doldurulub daşınmasında da yardımçı olublar.”