16 Oktyabr 2019
15 Oktyabr 2019
Trumpla Ərdoğanın görüş vaxtı bəlli oldu
Trumpla Ərdoğanın görüş vaxtı bəlli oldu DÜNYA 10:37 2019-06-25

ABŞ prezidenti Trump ilə Türkiyə dövlət başçısı Ərdoğanın görüş vaxtı açıqlanıb.

Unikal.org xəbər verir ki, Ağ Evdən bildirilən məlumata görə, Trump  Yaponiya proqramı çərçivəsində 8 ölkə lideri ilə görüşəcək. Bu proqram çərçivəsində ABŞ prezidenti  Türkiyə dövlət başçısı ilə də bir araya gələcək. Liderlərin iyunun 28-29-da G-20 sammitində Yaponiyanın Osaka şəhərində görüşəcəyi açıqlanıb.  

Ərdoğan və Trump arasındakı görüşdə başda S-400 məsələsi olmaqla iki ölkə arasındakı münasibətlərin müzakirə olunması gözlənilir. 

Ağ Ev rəsmisi bildirib ki, Trumpın Çin Dövlət Başçısı Şi Cinpinq, Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, Yaponiya baş naziri Şinzo Abe, Hindistan prezidenti Narendra Modi, Almaniya Baş naziri Angela Merkel və Avstraliya Baş naziri Skott Morrison ilə də ikitərəfli danışıqlar baş tutacaq.