22 İyul 2019
21 İyul 2019
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarında - FOTO
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarında- FOTO CƏMİYYƏT 10:54 2019-06-25

İyunun 25-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin Mətbuat xidmətinən Unikal.org-a verilən məlumaata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Əbədi məşəl kompleksinin önünə əklil və şəhid məzarlarının üzərinə gül dəstələri qoyub.


  • Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarında- FOTO
  • Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarında- FOTO
  • Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarında- FOTO