19 Oktyabr 2019
18 Oktyabr 2019
Sərbəst güləşçilər mübarizəyə qoşulur - II Avropa Oyunlarında beşinci gün
Sərbəst güləşçilər mübarizəyə qoşulur- II Avropa Oyunlarında beşinci gün İDMAN 11:18 2019-06-25

Bu gün Azərbaycanın sərbəst güləşçiləri “Minsk 2019” II Avropa Oyunlarında mübarizəyə start verəcək. 

Unikal.org xəbər verir ki, üçqat dünya və Avropa çempionu Hacı Əliyevlə (65 kq) Nurmaqomed Qadjiyev (97 kq) iyunun 26-da yarışa çıxacaq.  

Azərbaycan idmançıları yarşın beşinci günü  həmçinin güllə atıcılığı, cüdo, kamandan oxatma, velosiped, boks, badminton və gimnastika növlərində də qüvvələrini sınayacaqlar.


Güllə atıcılığı

Qadınlar, kiçikçaplı tapança, 25 m

10:00. Nigar Nəsirova

Cüdo

Qarışıq komanda yarışı

11:30. Azərbaycan - Fransa

Kamandan oxatma

Qadınlar, fərdi yarış, 1/32 final

12:00. Ozay Qasımova - Elena Rixter (Almaniya)

Sərbəst güləş

57 kq, 1/8 final

12:10. Mahir Əmiraslanov - Georgi Vangelov (Bolqarıstan)

74 kq, 1/8 final

12:40. Hacımirad Hacıyev - Soner Demirtaş (Türkiyə)

86 kq, 1/8 final

13:00. Aleksandr Qostiyev - Denis Balaur (Moldova)

125 kq, 1/8 final

13:30. Cəmaləddin Məhəmmədov - Vitali Piasniak (Belarus)

Velosiped

Şosse, fərdi yarış

14:00. Samir Cəbrayılov və Elçin Əsədov

Boks

Kişilər

60 kq, 1/8 final

15:30. Cavid Çələbiyev - Dorin Buska (Moldova)

81 kq, 1/8 final

17:00. Alfonso Dominges - Mixail Dolqolevets (Belarus)

49 kq, 1/4 final

20:15. Rüfət Hüseynov - Federiko Serra (İtaliya)


Badminton

Kişilər, qrup mərhələsi

G qrupu, II tur

17:00. Azmi Qovumuramadhoni - Robet Mann (Lüksemburq)

Gimnastika

Batut, kişilər, fərdi yarış

21:05.Ruslan Ağamirov və İlya Qrişunin

Qeyd edək ki, hesabından 4 gümüş və 7 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasına görə 24-cü pillədə qərarlaşıb.

Medal sıralamasına 22 qızıl, 12 gümüş və 14 bürünclə Rusiya komandası başçılıq edir.