24 İyul 2019
23 İyul 2019
Parlamentdə mübahisə düşdü - İclasa fasilə verildi
Parlamentdə mübahisə düşdü -İclasa fasilə verildi DÜNYA 12:45 2019-06-25

Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında mübahisə yaranıb.

Unikal.org xəbər verir ki, müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyaları Daxili İşlər naziri Giorgi Qaxarianın istefası da daxil olmaqla etirazçıların tələblərinin müzakirə olunmasını tələb ediblər.

Hakim Gürcü Arzusu Partiyasının nümayəndələri müxalifətin bu təşəbbüsünə etiraz edib və nəticədə deputatlar arasında səs-küylü mübahisə baş verib.

Plenar iclas hazırda dayandırılıb. Birinci vitse-spiker Tamar Çuqoşvili texniki fasilə elan edib.