ABŞ-ın Kolorado ştatında puma 5 yaşlı uşağa hücum edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, azyaşlının anası onu yırtıcının ağzından ala bilib. Həyətə daxil olan yırtıcı qəflətən uşağa hücum edib. Qışqırıq səslərinə çölə çıxan azyaşlının anası pumanın üzərinə atılaraq bir əli ilə pəncəsindən yapışıb və heyvanın ağzını açaraq uşağı xilas edib.
Ana oğlunun başını pumadan azad etdikdən sonra yırtıcı qaçmağa müvəffəq olub. Hazırda 5 yaşlı oğlan Denver xəstəxanasında müalicə alır. O, başından və qulağından ağır yaralanıb. Puma ananın qolunu dişləyib. 
Verilən məluma görə, hadisədən bir müddət sonra puma tapılaraq öldürülüb. Bundan başqa, yayayış yerlərinə daxil olan daha bir puma da öldürülüb.
Koloradoda 4500-dən çox puma yaşayır. Bəzən qidalanmaq üçün  bu yırtıcılar yaşayış zonalarına da daxil olurlar.
Son 25 ildə bu vəhşi pişiklərin hücumu nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.