19 Oktyabr 2019
18 Oktyabr 2019
İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmadı
İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmadı DÜNYA 15:35 2019-06-25

İran BMT Təhlükəsizlik Şurasının ABŞ-ən dronunun vurulması ilə bağlı iclasına buraxılmayıb.

Unikal.org Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Tehranın təşkilatdakı xüsusi nümayəndəsi Məcid Taxt-Rəvançı jurnalistlərə müsahibəsində bildirib.

Xüsusi nümayəndə deyib ki, hava məkanı iki dəfə ABŞ dronları tərəfindən pozulan İran Təhlükəsizlik Şurasının iclasında iştirak etmək istəyib. “Təəssüf ki, biz bu hüququmuzdan istifadə edə bilmədik”, -deyə İran rəsmisi bildirib. O əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ İran nümayəndəsinin buraxılmadığı bu iclasda insidenti birtərəfli qaydada təqdim edib və rəsmi Tehranın mövqeyi nəzərə alınmayıb. Taxt-Rəvançı Vaşinqtonu iclasda İran əleyhinə təbliğat aparmaqda günahlandırıb. Onun sözlərinə görə, ABŞ dronu iki dəfə xəbərdarlıq edildikdən sonra vurulub.