Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov Korarx kəndində yaşayan seçicilərin nümayəndələri ilə görüşüb. 

Unikal.org xəbər verir ki, görşü açan Cavid Osmanov son 15 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirdi ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində modern inkişaf yolunda inamla irəliləyir. Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edən Cavid Osmanov son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq qeyd etdi ki,  ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 71 faizi Azərbaycanın payına düşür. Ötən 15 ildə Azərbaycan həmçinin strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq 44 milyard dollara çatdırmağa nail olub. Bu faktlar Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir.Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkənin qarşısında yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Biz gələcəyə baxmalıyıq. Perspektivlə bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir.

Görüş iştirakçıları ilə fikir mübadiləsi zamanı millət vəkili bildirdi ki, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Bu yöndə qərarlar 2018-ci ildən etibarən xüsusilə intensivləşib. Bu istiqamətdə atılan addımlar müqayisəyəgəlməzdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə 2019-cu ilin əhalinin sosial müdafiəsinin güclənməsi ili olacağını bildirib. Dövlətimizin başçısının cari ilin əvvəlindən verdiyi qərarlar əhalinin rifahının daha da yaxşılaşmasını təmin edir. İyunun 18-də imzalanmış sərəncamlar da məhz bu məqsədə xidmət edir. Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı. Bu da 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanların 600 mini dövlət qurumlarında çalışırsa, 350 mini özəl sektorda fəaliyyət göstərir. Bu sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlibdir. 

Görüşdə çıxış edən kənd sakinləri Nicat İsmayılov, Seymur Cabbarzadə, Vaqif Hüseynov, İkram İbrahimov, Rəfi Xəlilov, Aidə Cavadova və Dəyanət Quliyev millət vəkilinə onlarla görüşə gəldiyinə, maraqlı söhbətə görə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, Azərbaycanın davamlı inkişafının hər bir vətəndaş gündəlik həyatında hiss edir və yaranan problemlər vaxtında dövlətimiz tərəfindən həll edilir. Ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən-ilə daha da yaxşlaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğuladılar ki, bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi düşünlmüş uğurlu siyasətin nəticəsidir. Cənab Prezidentimiz hər zaman xalqımızı düşünür və xalqımızın, ölkəmizin firavan gələcəyi üçün çalışır. Bunun üçün də ağdaşlılar hər zaman cənab İlham Əliyevin ətrafında sıx birləşiblər və bundan sonra da bu belə olacaqdır. 

Sonda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi, şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupu ilə fərdi söhbət edildi. Millət vəkili onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qısa müddətdə həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını, rayonun aidiyyatı qurumlarına müraciət olunacağını bildiridi.