Sosial şəbəkədə Bakıda restoranlardan birində lentə alındığı iddia edilən video yayılıb. Görüntüdə iki qız və iki oğlanın öpüşdüyü əks olunub.

Unikal.org xəbər verir ki, videonu müğənni Nadir Qafarzadə də İnstaqram səhifəsində yerləşdirib.

Sənətçi paylaşımına "Bu videonu çox xoşladım. Əsl müsəlmana yaraşan əxlaqı keyfiyyətdir. 18+ görüntü... Bu, əlbəttə ki, inkişafdır və qürurvericidir. Şükür sənə ilahi. Günü-gündən pozğunlaşan dünyadan necə əl çəkim. Allah, heç bir valideyni övladının pisliyi ilə imtanaha çəkmə" sözlərini qeyd edib.